SONY UHC-8300

SONY UHC-8300

Üç çipli CMOS sensorla təchiz edilmiş UHC-8300 sistemli 8K kamera, 8K kamera idarəetmə bloku UHCU-8300, UKCU-8001 (8K ST 2110 interfeysi) və UZCU-SNMP80 (8K ST 2110 üçün SNMP protokolu) ilə işləmək üçün nəzərdə tutulub.

Sayı

Product Description

8K kontent yayımında yeni irəliləyiş

Yaponiyada dünyada ilk dəfə olaraq 8K kontent yayımı üçün televiziya kanalı istifadəyə verilib. Bu yenilik Sony şirkətinin UHC-8300 sistem kamerası sayəsində mümkün olub. Bu kamera 8K Ultra HD formatında çəkiliş, saxlanma, montaj və efir yayımını təmin edir. Sony-nin 8K sistem kamerası UHC-8300 kamera başlığından və UHCU-8300 idarəetmə blokundan ibarətdir.

 

Detallarda mükəmməllik

UHC-8300 kamera dünyada ilk dəfə olaraq tətbiq olunan yeni nəsil üç çipli 1,25 düymlük CMOS sensorla təchiz edilib. Bu sensor 7680 x 4320 piksel təsvir ölçüsündə yüksək dəqiqlikli görüntü, 1080/59.94i rejimində –62 dB siqnal/səs nisbəti ilə səs ötürülməsi və HDR formatında 120p sürətlə 8K kontentin çəkilməsini təmin edir. Yeni nəsil sensorun tətbiq olunduğu f/1.6 prizmatik sistem geniş BT.2020 rəng məkanını dəstəkləyir və nəticədə inanılmaz dərəcədə dəqiq, parlaq və real 8K görüntülər təqdim olunur. 8K görüntüdən çıxarılmış 4K siqnal kameranın fokusunun dəqiq tənzimlənməsi üçün istifadə oluna bilər, bu zaman keyfiyyətdə heç bir itki baş vermir.

 

8K texnologiyası ilə yüksək keyfiyyətli 4K məzmun

UHC-8300 sistem kamerası ilə çəkilmiş 8K Ultra HD görüntüləri yüksək dəqiqlikli və parlaq 4K UHD formata çevirmək mümkündür. Kontent istehsalçıları üçün bu, 4K HDR televizorlar və digər cihazlarda yüksək keyfiyyətli görüntü yayımı üçün sərfəli investisiyadır. Eyni zamanda, UHC-8300 kamerası ilə əldə edilən orijinal 8K təsvirlər Sony-nin genişformatlı Crystal LED ekranlarında tam dəqiqliklə nümayiş etdirilə bilər.

 

8K sistemlər üçün IP həllər

Sistemə şəbəkə media interfeysi kartı əlavə edilə bilər: UKCU-IP01F (8K ST 2110 interfeys kartı), UKCU-8001 modeli ilə uyğun şəkildə əlavə məhsul kimi təqdim olunur və Sony IP Live System Manager (LSM) proqram təminatı ilə işləyir. 8K ST 2110 sisteminin şəbəkə üzərindən idarəsi üçün SNMP protokoluna uyğun opsional lisenziya açarı tələb olunur: UZCU-SNMP80.

back top